AZ

Kiyevə kütləvi raket və dron hücumu: 4 nəfər öldü, 50 dən çox yaralı var

ain.az, Bizimyol saytına istinadən bildirir.

Rusiyanın Kiyevə növbəti kütləvi raket və pilotsuz uçuş aparatları (PUA) ilə hücumu paytaxtın bir çox rayonunda ciddi dağıntılara səbəb olub. Hücum nəticəsində azı 4 nəfər həlak olub, 51 nəfər yaralanıb.

Bizimyol.info xəbər verir ki, Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenkonun sözlərinə görə, ilkin məlumata əsasən, ölənlərin sayı dörd nəfərdir. Yaralananlar arasında uşaqlar da var.

Şəhər meri Vitali Kliçko bildirib ki, yaralıların sayı 51 nəfərə çatıb. Onlardan üçü uşaqdır. Hazırda 35 nəfər, o cümlədən bir uşaq xəstəxanalarda müalicə alır.

Hücum nəticəsində şəhərin müxtəlif rayonlarında çoxsaylı yanğınlar və dağıntılar qeydə alınıb.

Hadisə yerlərində xilasedicilər və təcili yardım xidmətləri işlərini davam etdirirlər. Dağıntıların miqyası və zərərçəkənlərin sayı ilə bağlı məlumatlar dəqiqləşdirilir.

Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
35
bizimyol.info

1Mənbələr