AZ

Yolayrıcının keçilməsi qaydasını bilməyən sürücü təhlükə yaratdı VİDEO

ain.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

Xırdalanda yol hərəkəti qaydasını pozan sürücü təhlükəli vəziyyət yaradıb. Avtosfer.az xəbər verir ki, hadisə Mehdi Hüseynzadə küçəsilə Heydər Əliyev prospektinin kəsişməsində qeydə alınıb.

Belə ki, 77-RG-056 qeydiyyat nişanlı "KIA" markalı avtomobilin sürücüsü sola dönən zaman qarşıdan gələn avtomobili görsə də hərəkətinə davam edib. Görüntünü qeydə alan sürücü qəza baş verəcəyini görən anda həm tormoz verib, həm də sağa manevr edərək yoluna davam edib. Qarşıdan gələn sürücü etdiyi hərəkətlə üstünlüyə malik olan nəqliyyat vasitəsinin hərəkət sürətini və hərəkət istiqamətini dəyişməyə məcbur edib.

Qeyd edək ki, bu qayda pozuntusuna görə, İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə 3 bal 100 manat məbləğində cərimə nəzərdə tutulub.

Fərid

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
50
avtosfer.az

1Mənbələr