sport24.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Belçikalı vinger Yannik Karrasko "Əl-Şəbab"la müqaviləsini 2027-ci ilin yayına qədər uzadıb. Sport24.az xəbər verir ki, bu barədə insayder Nikolo Şkira sosial media hesabında paylaşım edib.
Karrasko 2023-cü ilin payızından Səudiyyə Ərəbistanında oynayır. "Əl-Şəbab" belçikalı üçün Madrid "Atletiko"suna 15 milyon avro ödəyib.
Bu ilin yanvarında "Roma" Karraskonu icarəyə götürmək istəyirdi. "Napoli" də onun xidmətində maraqlı idi. Lakin "Əl-Şəbab" hər iki klubun təklifini geri çevirib.
Qeyd edək ki, Karrasko bu mövsüm Səudiyyə Ərəbistanı təmsilçisinin heyətində bütün turnirlərdə 32 oyun keçirib. Yarımmüdafiəçi 20 qol və doqquz məhsuldar ötürmə ilə yadda qalıb.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.