AZ

Milyonlarla insanın etdiyi səhv

ain.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Xüsusilə yuxusuzluq zamanı acqarına qəhvə içmək stres hormonu olan kortizolun səviyyəsini artırır. Bu isə sinir və ürək-damar sistemlərinə, eləcə də bütövlükdə orqanizmə mənfi təsir göstərir".

Milli.Az xəbər verir ki, bunu rusiyalı həkim-nevroloq İnna Filatova Gazeta.ru nəşrinə açıqlamasında bildirib.

Həkim kofeinin orqanizmə təsirlərini belə izah edib:

"Kofein kortizol səviyyəsini artıra bilər. Bu təsir acqarına qəhvə içərkən, yuxusuzluq, xroniki stres zamanı və yüksək dozalarda özünü daha qabarıq büruzə verir. Müəyyən kateqoriyalı pasiyentlərdə qəhvənin acqarına qəbul edilməsi təşvişi gücləndirə, taxikardiyaya səbəb ola və vegetativ sinir sisteminin işini pisləşdirə bilər. Həmçinin qlutamatergik aktivləşməni artıraraq yuxunun keyfiyyətini poza və dolayısı ilə xroniki stresi daha da şiddətləndirə bilər".

Onun sözlərinə görə, bu cür şəraitdə kofein bədənin stresə qarşı reaksiyasında və homeostazın (orqanizmin daxili sabitliyinin) qorunmasında əsas rol oynayan neyroendokrin sisteminin fəaliyyətini pozur:

"Söhbət hipotalamus-hipofiz-böyrəküstü vəzi oxundan gedir. Bu sistem ətraf mühit dəyişiklikləri, infeksiyalar, iltihab və toxuma zədələnməsi də daxil olmaqla, xarici və daxili stimullara uyğunlaşmanı təmin edir. Kofein isə ona düşən yükü artırır ki, bu da bədəndə mənfi simptomların yaranmasına səbəb olur".

Mütəxəssis əlavə edib ki, kofein miqren, narahatlıq və yuxu pozğunluğu olan xəstələrin də ümumi vəziyyətini daha da pisləşdirə bilər./oxu.az

Milli.Az 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
32
2
news.milli.az

3Mənbələr