AZ

O, dünyanın ən yaxşısıdır

ain.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

PSJ prezidenti Nasser Əl-Xelaifi komandanın baş məşqçisi Luis Enrike barədə yüksək fikirlər səsləndirib.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, klub rəhbəri verdiyi açıqlamada ispan mütəxəssisin fəaliyyətindən tam razı olduqlarını bildirib. O, Luis Enrikeni hazırda dünyanın ən güclü məşqçilərindən biri deyil, birincisi hesab etdiyini vurğulayıb.

Əl-Xelaifinin sözlərinə görə, həm məşqçi Parisdəki fəaliyyətindən məmnundur, həm də klub onun rəhbərliyi altında görülən işləri yüksək qiymətləndirir. PSJ prezidentinin fikrincə, Luis Enrike komandaya rəhbərlik etməkdən qürur duyur, klub da onunla əməkdaşlıqdan böyük məmnunluq hissi keçirir.

Qeyd edək ki, ispan çalışdırıcının Paris təmsilçisi ilə qüvvədə olan müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulub. Bununla yanaşı, xarici mətbuatda tərəflərin əməkdaşlığı daha uzun müddət davam etdirmək və müqaviləni 2030-cu ilə qədər uzatmaq imkanını nəzərdən keçirdiyi bildirilir.

Hüseyn

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
20
news.milli.az

1Mənbələr