AZ

Konsertində qızı da aparıcı oldu Video

ain.az, Axsham.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Əməkdar artist Mətanət İsgəndərli solo konsert proqramı ilə çıxış edib.

Axşam.az xəbər verir ki, Yaşıl Teatrda keçirilən musiqi gecəsi alqış sədaları ilə başlayıb. Konsert boyunca tamaşaçılar üçün bir-birindən maraqlı və sürpriz dolu anlar yaşanıb.

Gecənin aparıcısı Saleh Bağırov olub. Mətanət İsgəndərlinin qızı Ülkər də səhnəyə çıxaraq anasının konsertində aparıcılıq edib. O bildirib ki, bu, onun ilk dəfə aparıcılıq etməsidir. 

Müğənni sevilən hitlərini səsləndirərək tamaşaçılara unudulmaz anlar yaşadıb. Sənətçi onu bu özəl gündə tək qoymayan pərəstişkarlarına təşəkkürünü bildirib, onlarla səmimi söhbətlər edib.

Konsertdə M. İsgəndərlinin ailə üzvləri də iştirak edərək ona dəstək olublar.

Посмотреть эту публикацию в Instagram

Публикация от Axşam.az (@axsamaz)

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
76
1
axsam.az

2Mənbələr