AZ

Bu ölkədə Messinin heykəli götürüldü - FOTO

Argentina milli futbol komandası ilə səkkizqat "Qızıl top" mükafatı qazanan və Dünya Kubokunun qalibi Lionel Messinin heykəli Hindistanın Kalkutta şəhərində götürülüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Asian News International məlumat yayıb.

Messinin Dünya Çempionatı kubokunu əlində tutduğunu təsvir edən heykəl futbolçunun dekabr ayında Hindistana səfəri zamanı açılıb.

Lakin yerli hakimiyyət orqanları 21 metrlik konstruksiyanın güclü küləklərdə qeyri-sabit olması ilə bağlı şikayətlərdən sonra onu götürmək qərarına gəliblər.

Seçilən
23
ucnoqta.az

1Mənbələr