AZ

Mövsümün ən yaxşı məşqçisi seçildi

BAKI, 2 iyun. TELEQRAF

“Goal” portalı 2025/2026 mövsümünün ən yaxşı baş məşqçilərinin reytinqini təqdim edib.

Teleqraf xəbər verir ki, siyahıya UEFA Çempionlar Liqasının qalibi PSJ-nin baş məşqçisi Luis Enrike başçılıq edir.

İkinci pillədə London “Arsenal”ının çalışdırıcısı Mikel Arteta, üçüncü sırada isə Almaniya nəhəngi “Bavariya”nın baş məşqçisi Vensan Kompani qərarlaşıb.

İlk onluqda həmçinin Unai Emeri (“Aston Villa”), Sesk Fabreqas (“Komo”), Hans-Diter Flik (“Barselona”), Kristian Kivu (“İnter”), Andoni İraola (“Bornmut”), Françesko Farioli (“Portu”) və Pyer Saj (“Lans”) yer alıblar.

Seçilən
25
3
teleqraf.com

6Mənbələr