AZ

Rövşən Nəcəf: "Enerji sektorunda uzun illər investisiya çatışmazlığı müşahidə olunub"

Enerji sektorunda uzun illər ərzində investisiya çatışmazlığı müşahidə olunub.

"Report" xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Bakı Enerji həftəsinin ikinci günündə təşkil olunmuş "Enerji transformasiyası və gələcək strategiyaları mövzusunda liderlərin mövqeyi" adlı paneldə bildirib.

"Neft-qaz sənayesində olduğu kimi, enerji layihələrinə qoyulan investisiyalar qısa müddətdə nəticə vermir və bu səbəbdən gələcəkdə təkliflə tələbat arasında müəyyən boşluğun yaranması mümkündür", - deyə o qeyd edib.

Bununla yanaşı, SOCAR prezidenti hesab edir ki, enerji səmərəliliyinin artması tələbatın müəyyən hissəsini kompensasiya edə bilər: "Xüsusilə süni intellekt texnologiyalarının həm şirkətlərə, həm də ev təsərrüfatlarına enerjidən daha səmərəli istifadə etməyə kömək edəcəyi gözlənilir. Enerji bazarında dəyişikliklər çox sürətlə baş verir və bu səbəbdən uzunmüddətli proqnozlar vermək çətindir. Üç il əvvəl əsas müzakirə mövzularından biri bərpa olunan enerji sektorunda insan resursları uğrunda rəqabət idi. Bu gün isə diqqət daha çox süni intellekt və data mərkəzlərinə yönəlib. Son üç ildə enerji sektorunun gündəliyi əhəmiyyətli dərəcədə dəyişib".

Seçilən
20
2
milliyol.az

3Mənbələr