AZ

Dövlət Proqramı təqaüdçüsü ABŞ-nin Minnesota ştatının Senatında təcrübə keçib

Dövlət Proqramı təqaüdçüsü Rəsul Feyzullayev ABŞ-nin Minnesota ştatının Senatında iştirak etdiyi təcrübə proqramını fərqlənmə ilə başa vurub.

Bu barədə AzEdu.az-a Dövlət Proqramından məlumat verilib.

Rəsul bildirib ki, 3 mərhələli seçim prosesindən ibarət olan bu rəqabətli proqramda iştirak haqqı qazanmaqda ona Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin məzunu kimi hüquqi təhlil sahəsindəki bilikləri kömək edib.

Təcrübə müddətində o, qanun layihələrinin qanuniliyinin yoxlanılması, hüquqi məsləhətlərin hazırlanması və senatorlara təqdim olunan analitik sənədlərin işlənilməsi sahələrində fəal iştirak edib.

Bu təcrübə imkanı təqaüdçüyə ABŞ-nin ştat səviyyəsində qanunvericilik prosesini birbaşa müşahidə etmək və ona töhfə vermək şansı yaradıb.

Qeyd edək ki, Rəsul Feyzullayev bu il Dövlət Proqramı çərçivəsində Minnesota Universitetində dövlət idarəetməsi ixtisası üzrə magistratura pilləsindən məzun olub. 

Seçilən
15
1
azedu.az

2Mənbələr