AZ

Məişət məsələləri üzrə ekspert, feminist deputatımız Saffari yazır…

ain.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

Milli Məclisdə tez-tez olmasa da, qəfil boy atan deputatlar olur. Üzünü görmədiyin, səsini eşitməyin, heç həndəvərində dolanmadığın birdən gəlib necə qışqırırsa, deyirsən, bıyyy, ədə, başşıma xeyir.

Elə bir müddət əvvəl “arvad” anlayışı ilə bağlı qanunvericiliyə dəyişiklik təklif edən Bəhruz Məhərrəmov da belə deputatlardandır.

Məncə, Bəhruz Məhərrəmov elə bilir ki, “ər” sözünə də “ailədaxili kişi tərəfi” demək lazımdır.

Əslində, deputatımıza həm də təşəkkür düşür ki, dünyanın bu qarışıq vaxtında ölkəmiz üçün tale yüklü bir məsələnin qanunvericilikdə dəyişikliyinə təklif verir.

Kim bilir, bəlkə də, deputatımız feminsitlərin sevimlisinə çevrilmək istəyir? Ya da məişət məsələləri üzrə ekspert olmaq iddiasındadır?

Razıyam, modern xanımlar doğrudan da arvad sözünü eşidəndə Fatmanisə xala kimi dəli olurlar. Bu məqamda, görünür, gənc xanımların sevimlisi olmağa iddialı deputatımız da fürsət bu fürsət deyib, başlayıb “siyasi vəsfə”.

Əslində, gənc xanımların sevimlisinə çevrilmək istəyən, məişət məsələləri üzrə ekspert olan deputatımızla xalqımızın tanışlığı daha əvvəllər də olmuşdu.

Yəni bu “arvad” söhbətinə şükür, o vaxtı Bəhruz Məmmədov “Azərbaycan tarixində milli ruha, azadlıq ideallarına AXC-Müsavatın xuntası qədər zərbə vurmuş ikinci qüvvə yoxdur. Bu birdəfəlik dərk edilməlidir ki, Azərbaycan xalqının istiqlal yolunda meydan şousunun heç bir rolu olmayıb” kimi bir söhbət eləmişdi.

Ancaq təəssüf ki, ondq “arvad”lar tərəfini saxlamadı. Əksinə, özünü müxalifətlə dalaşan statusunda da göstərmək istəyən Bəhruz Məmmədov Milli Məclisin İntizam komissiyası tərəfindən töhmət də almışdı.

Sabir Rüstəmxanlı da elə parlamentdə mədəni şəkildə onu danlayıb gənc deputatımıza yerini göstərmişdi.

Çünki Bəhruz Məhərrəmov elə bilmişdi ki, meydan hərəkatına söz atmaq indiki müxalifətlə dalaşmaq deməkdir.

Deyərdim, Bəhruz Məhərrəmov müstəqil Azərbaycan parlamentində danlanan ilk gənc deputat kimi tarixə də düşə bilər. Əhsən, halal olsun.

Ona bu cür etməklə dolayı yolla demişdilər ki, müəllim, bu işlərə girişmə, get, başqa söhbətlər elə.

Bəlkə də, Bəhruz Məhərrəmov bu söhbətdən və o şanlı töhmətdən nəticə çıxardaraq keçib başqa söhbətə, “arvad” məsələsini gündəmə gətirib.

Di gəl, Bəhruz Məhərrəmovun əksər fikirlərini üç başıyaylığlı, beli şallı arvad lazımdır ki, oturub ağlasın. Onu da deputat özü ləğv eləmək istəyir. Daha bilmir ki, nə varsa, elə o arvadlarda var. Sabah-biri gün kopeşoplarda latte içib elektron qəlyanı ana südü kimi sümürəm qızlar onun halına ağlayası deyil.

Nə deyək, işi heç avand olmasın.

Bəhruz Məhərrəmov parlamentdə bitərəf olsa da, daim iqtidaryönümlü açıqlamarı ilə gündəmə gəlib.

Maraqlıdır, bəs adını niyə bitərəf qoyub?

Bəhruz müəllim, bitərəf olmaq o deyil ki, keçirsən bir yana, yəni siz keçən iqtidara və ona tərəf olursunuz. Məsələ iqtidara keçmək deyil yəni. Məsələ olduğun mövqeni öz adı ilə çağırmamaqdır.

Bəhruz Məhərrəmov jurnalist, aparıcı kimi də fəaliyyət göstərib. Amma bu fəaliyyətdən danışmaq üçün ortada bir şey yoxdur. Elə belə qeyd elədim ki, könlü xoş olsun. Mən də insanam, mənim də ürəyim var.

Ancaq sonda deputatımıza özünün qaldırdığı məsələyə təkan olaraq bir vətəndaş təklifi də mən vermək istəyərdim.

Düzü, Azərbaycan kişisi bu “ər çörəyi” söhbətindən də bezib.

Bir haldakı məişət məsələləri üzrə ekspert Bəhruz Məhərrəmov bu yükü çiyinlərinə götürüb, o zaman bunu da həll etsin, xalq olaraq dincələk.

Məsələn, soruşan olsa, deyər ki, özüm öyrənmişəm.

“Ər çörəyi” əvəzinə “ailədaxili un məmulatı”, “birgə istehlak məhsulu” və ya “sosial mənşəyi müəyyən edilməmiş karbohidrat vasitəsi” ifadələri işlədilsin.

Hətta bununla bağlı xüsusi komissiya da yaradıla bilər.

Görünür, indi siyasətdə yeni bir istiqamət yaranıb.

Buna “lüğət islahatçılığı” demək olar.

Ən nəhayətində isə məni bir sual da maraqlandırır.

Görəsən, Bəhruz Məhərrəmov “Qayınana” sözünün alternativi olaraq nə təklif edərdi?

Orxan Saffari

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
8
icma.az

1Mənbələr