Bakı, 2 iyun, AZƏRTAC
Minifutbol üzrə Azərbaycan millisi Slovakiyanın paytaxtı Bratislavada təşkil olunan Avropa çempionatında bu gün növbəti oyununu keçirəcək.
AZƏRTAC xəbər verir ki, Elşad Quliyevin başçılıq etdiyi komanda 1/4 finalda Çexiya seçməsi ilə qarşılaşacaq. "Tipos Arena"da oynanılacaq görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Qeyd edək ki, Azərbaycan millisi ötən gün 1/8 finalda Qazaxıstanı üstələyib.