AZ

Rusiyaya genişmiqyaslı hücum: 148 dron zərərsizləşdirildi

Rusiya Hava Hücumundan Müdafiə qüvvələri iyunun 1-dən 2-nə keçən gecə Ukraynaya məxsus 148 pilotsuz uçuş aparatını (PUA) məhv edib.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

PUA-lar Belqorod, Bryansk, Volqoqrad, Kursk, Oryol, Rostov və Smolensk vilayətləri, Krasnodar diyarı, Krım ərazisi, həmçinin Azov və Qara dəniz akvatoriyaları üzərində vurulub.

Nazirlik dağıntı və ya xəsarət alanlarla bağlı məlumat verməyib.

Bütün hədəflərin hava hücumundan müdafiə vasitələri ilə zərərsizləşdirildiyi bildirilir.

Seçilən
19
publika.az

1Mənbələr