Kiyevdə iyunun 2-də baş verən kütləvi Rusiya hücumu nəticəsində yaralananların sayı 65 nəfərə çatıb, daha dörd nəfər ölüb.
Turkustan.az xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko Telegram-da məlumat verib.
Onun sözlərinə görə, təcili yardım xidmətləri yerində işləyir və Kiyevə edilən kütləvi hücumun nəticələrini aradan qaldırmaq üçün işləri davam etdirir. Şəhərin müxtəlif ərazilərində evlərə, qeyri-yaşayış sahələrinə və dörd tibb müəssisəsinə ziyan dəyib.
Aytən Yaşar/ Turkustan.az