AZ

Deputatdan mühüm XƏBƏRDARLIQ: 18 yaşdan sonra da aliment borcunu almaq mümkündür

Aliment borcu uşaq 18 yaşına çatdıqdan sonra da tələb edilə bilər.

İnterpress.az xəbər verir ki, bu barədə LDPR partiyasından olan deputat Svişşev TASS-a müsahibəsində məlumat yayıb.

Deputat bildirib ki, aliment öhdəlikləri ilə bağlı heç bir iddia müddəti (zamanaşımı) yoxdur və bu borclar uşaq yetkinlik yaşına çatdıqdan sonra da tələb edilə bilər.

Svişşevin sözlərinə görə, borclu şəxsin gələcəkdə hər hansı bir əmlakı, pensiyası və ya mirası olduqda, yığılmış aliment borcları artıq yetkin şəxsə, hətta onun övladlarına ödəniləcək.

Qeyd edilib ki, bu qanuni mexanizm uşaqların hüquqlarının qorunması və valideyn məsuliyyətinin tam yerinə yetirilməsi üçün əsaslı hüquqi təminatdır.

Mütəxəssislər bildirirlər ki, aliment borcları hüquqi olaraq “silinmir” və ödənişin həyata keçirilməsi üçün icra orqanları tərəfindən məcburi tədbirlər görülə bilər.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
19
22
interpress.az

10Mənbələr