Ödəniş sistemləri sahəsində mühüm yenilik qüvvəyə minib.
Dünəndən etibarən ödəniş sistemlərinin iştirakçıları arasında tətbiq olunan interçeync tarifləri ilə bağlı qəbul edilmiş qərar icra olunmağa başlanıb. Yeni tənzimləmə çərçivəsində xidmət haqlarının hesablanması qaydalarında dəyişikliklər nəzərdə tutulur ki, bu da həm maliyyə institutlarının fəaliyyətinə, həm də ümumilikdə ödəniş ekosisteminin inkişafına təsir göstərə bilər.
Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov Hit.az-a şərhində deyib ki, müəyyən edilən limitlər birbaşa vətəndaşlara deyil, ödəniş infrastrukturunda fəaliyyət göstərən qurumlara şamil olunur:

“Buraya banklar, kart əməliyyatlarını həyata keçirən şirkətlər və digər maliyyə iştirakçıları daxildir. Fiziki şəxslər üçün hər hansı məhdudiyyət nəzərdə tutulmayıb”.
Ekspert onu da əlavə edib ki, tariflərdə edilən dəyişikliklər dolayı yolla bankların tətbiq etdiyi komissiya haqlarına təsir göstərə bilər:
“Komissiyaların məbləği isə hər bir maliyyə qurumu tərəfindən müstəqil şəkildə müəyyən edilir”.
Günel Cəlilova