AZ

“Fintrend” BOKT-un xalis mənfəəti 45% azalıb

“Fintrend” BOKT MMC 2025-ci ildə xalis mənfəəti ötən ilki 2 milyon 47 min manatlıq göstəricidən 45% azalaraq 1 milyon 129 min manata enib.

Banker.az bu barədə BOKT-un 31 dekabr 2025-ci il tarixinə olan maliyyə hesabatlarına istinadən xəbər verir.

Təşkilatın faiz gəlirləri 8 milyon 38 min manatdan 11 milyon 188 min manata yüksəlmiş və 39% artım olub.

Hesabat dövründə “Fintrend” BOKT-un cəmi aktivlər 28% artaraq 90 milyon 791 min manata çatıb. Müştərilərə verilmiş kreditlər və avansların həcmi bir il ərzində 19% artaraq 83 milyon 206 min manata yüksəlib.

Ötən il BOKT-un cəmi öhdəliklər 62 milyon 831 min manatdan 81 milyon 465 min manata, cəmi kapitalı  8 milyon 197 min manatdan 9 milyon 325 min manata çatıb.

Xatırladaq ki, “Fintrend” 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 5 milyon manatdır. BOKT-un təsisçiləri 95%-lik payla “Pro Trade Logistics DMCC” şirkəti və 5%-lik payla Sahib Əliyevdir.

 

Seçilən
37
banker.az

1Mənbələr