AZ

Neftimizin qiyməti 104 dolları keçib

Dünya neft bazarında Azərbaycanın "Azeri Light" markalı neftinin qiymətində kəskin artım qeydə alınıb.

Far.Az xəbər verir ki, Azərbaycan neftinin bir barelinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 6,57 ABŞ dolları və ya 6,7 faiz yüksələrək 104,58 ABŞ dollarına çatıb.

Beynəlxalq hərracların yekunlarına əsasən, "Brent" markalı neftin iyul fyuçersləri 100,3 ABŞ dolları səviyyəsində qərarlaşıb.

Türkiyənin Ceyhan limanında FOB şərtləri ilə satılan "Azeri Light" markalı neftin bir bareli isə 6,59 ABŞ dolları və ya 6,87 faiz bahalaşaraq 102,48 ABŞ dolları olub.

Qeyd edək ki, Azərbaycanın 2025-ci il dövlət büdcəsində neftin orta satış qiyməti 65 ABŞ dolları səviyyəsində nəzərdə tutulub.

Xatırladaq ki, "Azeri Light" markalı neft üzrə ən aşağı qiymət 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, ən yüksək qiymət isə 2008-ci ilin iyul ayında 149,66 ABŞ dolları olub.

Bu neft Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan hasil edilir. Layihədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin payı 31,65 faiz təşkil edir.

Seçilən
15
2
far.az

3Mənbələr