AZ

Ekran qarşısında böyüyən nəsil

Müasir dövrdə smartfon, planşet və kompüterlər təkcə əyləncə vasitəsi deyil, həm də təhsil, ünsiyyət və informasiya əldə etmək üçün mühüm alətlərə çevrilib. Bu baxımdan uşaqları telefon və kompüterdən tamamilə uzaq saxlamaq onların rəqəmsal bacarıqlarının inkişafına mənfi təsir göstərə, texnologiya ilə ayaqlaşmaq imkanlarını məhdudlaşdıra bilər.

Lakin digər tərəfdən, uşaqlar günlərinin əhəmiyyətli hissəsini sosial şəbəkələrdə, video platformalarda və müxtəlif rəqəmsal tətbiqlərdə keçirirlər. Bu texnologiyalardan uzun müddət istifadə asılılıq riskini artırır, real sosial münasibətləri zəiflədir, davranış və həyat tərzinin virtual mühitin təsiri altında formalaşmasına səbəb olur. Bu vəziyyət isə bir çox valideynlərdə haqlı olaraq ciddi narahatlıq yaradır.

Çıxış yolu texnologiyanı tam qadağan etməkdir, yoxsa ailədə düzgün rəqəmsal mədəniyyət və balanslı istifadə vərdişləri formalaşdırmaq?

Mövzu ilə bağlı Publika.az-a danışan sosioloq Üzeyir Şəfiyev bildirdi ki, müasir dövrdə cəmiyyət artıq rəqəmsal mühitin və sosial şəbəkə reallığının təsiri altında yaşayır. Onun sözlərinə görə, bu tendensiya həm qlobal səviyyədə, həm də Azərbaycanda açıq şəkildə müşahidə olunur:

"Xüsusilə alfa, Z və beta nəsillərinə aid uşaqlar və yeniyetmələr smart qurğular, sosial şəbəkələr və internet resursları ilə sıx əlaqədədirlər. Bu platformaların onların həyatına həm müsbət, həm də mənfi təsirləri mövcuddur.

Seçilən
27
publika.az

1Mənbələr