AZ

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib

Qubada 1 iyun 2026-cı il tarixdə Quba Rayon İcra Hakimiyyəti, Quba rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı və "Vətən Naminə" Şəhid Ailələrinə Dəstək İB-nin tərəfdaşlığı ilə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Hər uşaq bir ümid, bir gələcəkdir” mövzusunda tədbir keçirilib.

QHT.az xəbər verir ki, tədbirdən əvvəl Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Rayon İcra Hakimiyyətində şəhid övladları ilə görüşərək onları bayram münasibətilə təbrik edib, hədiyyələr təqdim edib və onlara uğurlar arzulayıb.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra çıxış edən Sevinc Səlimova uşaqları bayram münasibətilə təbrik edərək bildiriblər ki, uşaqların hüquqlarının qorunması, onların sağlam, savadlı və vətənpərvər ruhda yetişməsi dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biridir. 

Daha sonra "Vətən Naminə" Şəhid Ailələrinə Dəstək İB-nin  sədri və şəhid anası Tünzalə Abduləlimovaya söz verildi. T.Abduləlimova bu tədbirin alınmasında zəhməti olan hər kəsə öz təşəkkürünü bildirib.

Tədbirin bədii hissəsində uşaqların ifasında şeirlər səsləndirilmiş, musiqi və rəqs nömrələri təqdim olunmuş, həmçinin peşəkarlar tərəfindən nağıl animasiyaları nümayişi etdirilmişdir. Nümayiş etdirilən maraqlı çıxışlar iştirakçılar tərəfindən alqışlarla qarşılanmışdır.

Sonda isə uşaqlara bayram hədiyyələri təqdim olunub, xatirə şəkilləri çəkdirilib.

Seçilən
32
qht.az

1Mənbələr