AZ

SOCAR: Süni intellekt həyatın və iqtisadiyyatın bütün sahələrinə nüfuz edəcək

Bakı, 2 iyun, AZƏRTAC

Süni intellekt yaxın gələcəkdə həyatın və iqtisadiyyatın bütün sahələrinə nüfuz edəcək.

AZƏRTAC xəbər verir ki, bunu SOCAR-ın prezidenti Rövşən Nəcəf Bakı Enerji Həftəsinin “Liderlərin çıxışları: Enerji transformasiyası və gələcək strategiyaları mövzusunda liderlərin mövqeyi” adlı sessiyada çıxışı zamanı deyib.

“Düşünürəm ki, biz hələ süni intellekt və məlumat mərkəzlərinin yaradacağı təsirin tam miqyasını dərk etməmişik. Bu, yalnız yeni bir texnologiya olduğu üçün deyil, həm də ona görədir ki, gələcəkdə bu texnologiyalardan istifadə edəcək bir çox insanlar və şirkətlər hələ özlərinin potensial istifadəçi olacağını belə bilmirlər. İnanıram ki, süni intellekt yaxın gələcəkdə həyatın və iqtisadiyyatın bütün sahələrinə nüfuz edəcək. Süni intellektin hər yerdə tətbiq olunması isə daha çox hesablama gücü tələb edəcək. Daha çox hesablama gücü isə daha çox enerji istehlakı deməkdir. Bu gün iştirak etdiyimiz demək olar ki, hər tədbirdə eyni fikri eşidirik: enerji artıq yeni güc mənbəyidir. Çünki biliyə sahib olmaq üçün əvvəlcə həmin biliyi formalaşdıracaq enerji və hesablama imkanlarına malik olmaq lazımdır”, - deyə o bildirib.

Fotoqraf - Səfiyar Məcnun
Operator - Mirrəsul Cəfərov
Seçilən
22
1
azertag.az

2Mənbələr