Bakı, 2 iyun, AZƏRTAC
Azərbaycanla tərəfdaşlıq INPEX-in uzunmüddətli enerji strategiyasında mühüm yer tutur.
AZƏRTAC xəbər verir ki, bu sözləri INPEX-in Avropa və Yaxın Şərq layihələri üzrə icraçı direktoru və baş vitse-prezidenti Munehiro Hosono “Bakı Enerji Forumu”nda “Liderlərin çıxışları: Enerji transformasiyası və gələcək strategiyaları mövzusunda liderlərin mövqeyi” adlı sessiyada çıxışı zamanı deyib.
O bildirib ki, şirkət fəaliyyətində texnologiyaların tətbiqinə, yerli həllərin inkişafına və enerji sahəsində yeni təşəbbüslərin dəstəklənməsinə xüsusi önəm verir.
“Azərbaycanla tərəfdaşlığımız vasitəsilə həm enerji keçidinə töhfə verməyə, həm də uzunmüddətli dayanıqlı nəticələr əldə etməyə çalışırıq. Uzunmüddətli uğurun əsas şərtlərindən biri etibarlı tərəfdaşlıqların qurulmasıdır. Enerji keçidinin təşviqi və dayanıqlı inkişaf məqsədlərinə nail olunması üçün tərəfdaşlar arasında dialoqun davam etdirilməsi və birgə fəaliyyətin genişləndirilməsi vacibdir”,- deyə Munehiro Hosono bildirib.