AZ

Osimhenin gələcəyi qeyri-müəyyəndir – İtaliya yolunda

Nigeriya millisinin və “Qalatasaray”ın hücumçusu Viktor Osimhenin gələcəyi yay transfer pəncərəsi öncəsi sual altındadır.

İdmanxeber.az-ın məlumatına görə, 27 yaşlı futbolçu iyunun 3-də Polşaya qarşı keçiriləcək yoldaşlıq oyunu üçün Nigeriya millisinin heyətinə daxil edilməyib. Millinin baş məşqçisi bildirib ki, transferlə bağlı qeyri-müəyyənlik oyunçunun diqqətini yayındıra bilər.

Məlumata görə, Osimhenlə İtaliya A Seriyasının “Yuventus” və “Roma” klubları maraqlanır. Nigeriyalı forvardın gələcəyi ilə bağlı qərarın bu yay veriləcəyi gözlənilir.

Osimhen bu mövsüm Türkiyə çempionatında 22 oyunda 15 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. O, Çempionlar Liqasında isə 10 matçda 7 qol vurub və 3 assist edib.

Seçilən
21
idmanxeber.az

1Mənbələr