AZ

ABŞ şirkəti Azərbaycanın aparıcı enerji resursları ixracatçısı kimi mövqeyini möhkəmləndirməyə hazırdır

Cebheinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

ABŞ-nin SLB şirkəti uzunmüddətli perspektivdə Azərbaycanın aparıcı regional enerji resursları ixracatçılarından biri kimi mövqelərinin möhkəmləndirilməsinə yardım etmək niyyətindədir.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə SLB-nin coğrafiyalar üzrə icraçı vitse-prezidenti Stiv Qassen 31-ci Bakı Enerji Forumunda bildirib.

O qeyd edib ki, şirkət Azərbaycanın ən böyük enerji layihələrindən biri olan "Şahdəniz" yatağının inkişafında əsas rol oynayıb: "SLB "Şahdəniz"in işlənməsini təmin edən bütün sualtı infrastrukturu – istər layihənin ilkin mərhələlərində, istərsə də onun inkişafının bütün sonrakı mərhələlərində tədarük edib və tədarükə davam edir".

Azərbaycanla gələcək əməkdaşlıq perspektivlərindən bəhs edərkən o, "Bahar" yatağının yenidən işlənməsi layihəsi üzrə SOCAR-la birgə işi xüsusi olaraq vurğulayıb.

İcraçı vitse-prezidentin sözlərinə görə, yatağın uzun müddət istismarda olmasına və bu illərdə meydana gəlmiş çətinliklərə baxmayaraq, layihə əhəmiyyətli potensiala malikdir.

"Biz "Bahar" yatağının SOCAR-la birgə yenidən işlənməsini nəzərdən keçiririk. Yatağın uzun müddət istismarda olmasına və zamanla yaranmış çətinliklərə baxmayaraq, onun yenidən mənimsənilməsinə dair yanaşmaların daha ətraflı təhlili böyük potensial nümayiş etdirir. Biz layın drenajının prinsipial cəhətdən yeni konsepsiyalarının və yatağın işlənməsinin tam inteqrasiya edilmiş konsepsiyasının yaradılması üçün yerin təkinin süni intellekt əsasında öyrənilməsi üzrə ən yeni rəqəmsal texnologiyalar və iş proseslərini tətbiq edirik. Bu, olduqca unikal yanaşmadır və ümid edirik ki, o, layihəni yekun investisiya qərarının qəbulu mərhələsinə irəlilətməyə imkan verəcək", - S.Qassen vurğulayıb.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
55
1
cebheinfo.az

2Mənbələr