AZ

Bakı-Tbilisi-Qars dəmir yolu xətti Gürcüstan hissəsinin modernləşdirilməsi ilə Orta Dəhliz üzrə yükdaşımalarda yeni imkanlar açır

Xəbər verdiyimiz kimi, bu gün Gürcüstanın Axalkalaki dəmir yolu və logistika kompleksində regionun mühüm yükdaşıma marşrutlarından biri olan Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolu xəttinin modernləşdirilmədən sonra istifadəyə verilməsi ilə bağlı tədbir keçiriləcək.

Demokrat.az
xəbər verir ki, 846 km uzunluğunda olan BTQ-nin 504 km-i Azərbaycan, 263 km-i Gürcüstan, 79 km-i isə Gürcüstan ərazisindən keçir.

2005-ci ildə Azərbaycan, Gürcüstan və Türkiyə prezidentləri Bakı-Tbilisi-Qars dəmir yolu layihəsini dəstəklədiklərini bildirib.

2007-ci ildə Marabdada (Gürcüstan) dəmir yolu xəttinin tikintisi başlayıb. 

2008-ci ildə xəttin Türkiyə-Gürcüstan sərhəd seqmentinin təməli qoyulub. 

2017-ci ildə Ələtdə (Azərbaycan) BTQ dəmir yolunun açılış mərasimi keçirilib.

2024-cü ildə dəmir yolu xətti üzrə illik ötürücülük qabiliyyəti 1 milyon tondan 5 milyon tona çatdırılıb.

 
Seçilən
5
demokrat.az

1Mənbələr