BAKI, 2 iyun. TELEQRAF
“İranda hakimiyyət dəyişikliyi ilə bağlı başladığımız işi sona çatdırmalıyıq”.
Teleqraf xəbər verir ki, bunu İsrailin xarici kəşfiyyat xidməti MOSSAD-ın direktoru David Barnea deyib.
“İranın heç vaxt nüvə silahına sahib olmayacağına söz vermişdim. İndi - İran rejimi tarixinin ən zəif və ən çox zərər görmüş vəziyyətində olduğu vaxtda, bu işi sona çatdırmağın vaxtıdır. O fikrimdə qalıram ki, rejimi devirməklə İrandakı reallığı dəyişdirmək mümkün və əldə edilə bilən məqsəddir. Bunun reallaşması əzmkarlıq, sakitlik və öhdəlik tələb edir. Bu missiya bizim əsas prioritetimiz olaraq qalmalıdır”, - o bildirib.