AZ

Hindistan viza qaydalarını sərtləşdirib

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bakı, 2 iyun, AZƏRTAC

Hindistan hökuməti vizaların müddəti bitdikdən sonra ölkədə qalma müddətinin uzadılması qaydalarını sərtləşdirib.

AZƏRTAC “The times of India” qəzetinə istinadla xəbər verir ki, yeni qaydalar Hindistanın Daxili İşlər Nazirliyi tərəfindən tətbiq edilib. Bildirilib ki, 180 gündən çox ölkədə qalmaq istəyən əcnəbilərə bu imkan yalnız müstəsna hallarda veriləcək. Yeni qaydalara görə, 180 gün və ya daha az müddətə viza ilə Hindistana daxil olan şəxslər qalma müddətini uzatmaq istədikdə viza müddəti bitməmişdən əvvəl müvafiq qeydiyyatdan keçməlidirlər. Əvvəllər isə bu prosedur viza müddəti bitdikdən sonra 14 gün ərzində həyata keçirilə bilirdi.

Qaydalarda qeyd olunur ki, uzadılma yalnız müstəsna hallarda təsdiqlənəcək. Lakin “müstəsna hallar” anlayışının dəqiq izahı açıqlanmayıb.

Rəsmi məlumata görə, bu dəyişikliklər Hindistanda xarici vətəndaşların qeydiyyatı və nəzarət sisteminin təkmilləşdirilməsi məqsədilə həyata keçirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
8
6
azertag.az

7Mənbələr