AZ

Samuxda çayın kənarından 18 yaşlı gəncin meyiti tapıldı

Samux rayonunda gənc oğlanın meyiti tapılıb.
Yenicag.az Oxu.Az-a istinadən məlumatına görə, hadisə iyunun 1-i axşam saatlarında Kür çayının rayon ərazisindən keçən hissəsində sahildə baş verib. Rayon sakini 2008-ci il təvəllüdlü Emin Məmmədovun meyiti çayın sahilindəki ərazidə tapılıb.
İkin ehtimala görə, E.Məmmədov ürək tutmasından qəfil vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
Seçilən
28
yenicag.az

1Mənbələr