Gürcüstanın Bolnisi rayonunun Dəmirli (Xaxalajvari) kəndində 7 yaşlı Fərrux Əhmədov anası tərəfindən qətlə yetirilib.
Bizim.Media “24News.ge”yə istinadla xəbər verir ki, 42 yaşlı Svetlana Əhmədova azyaşlı oğluna bıçaqla ölümcül xəsarətlər yetirərək, onun həyatına son qoyub.
Məlumata görə, hadisədən sonra ailə üzvləri baş verəni gizlətməyə cəhd ediblər. Həmçinin bildirilir ki, qadın cinayətdən sonra intihara cəhd edib.
Faktla bağlı Daxili İşlər Nazirliyi tərəfindən Cinayət Məcəlləsinin 109-cu maddəsi (azyaşlının ağırlaşdırıcı hallarda qəsdən öldürülməsi) ilə istintaq aparılır. Qadın artıq hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Hadisənin dəqiq səbəbləri araşdırılır.

Bizim.Media