AZ

SOCAR kəşfiyyat işlərini genişləndirir

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ölkənin qurudakı perspektiv neft-qaz rayonlarında kəşfiyyat işlərini genişləndirməyi planlaşdırır.
Yenicag.az xəbər verir ki, bunu SOCAR-ın vitse-prezidenti Arzu Cavadova Bakı Enerji Həftəsinin ikinci günündə təşkil olunmuş panel müzakirələrində bildirib.
A.Cavadova qeyd edib ki, əsas prioritet istiqamətlər Quba-Xəzəryanı, Şamaxı-Qobustan, Yevlax-Ağcabədi və Aşağı Kür hövzələridir: “Azərbaycanın qurudakı yataqları uzun illərdir kifayət qədər araşdırılmayıb və bu sahədə yeni keyfiyyətli seysmik məlumatların toplanmasına ehtiyac var. Qurudakı geoloji quruluş dənizlə müqayisədə daha mürəkkəbdir. Buna görə də gələcək fəaliyyət planlarının hazırlanması üçün yüksək keyfiyyətli seysmik məlumatların əldə olunması əsas prioritetdir”.
O bildirib ki, qeyd olunan ərazilərdə müəyyən həcmdə məlumatlar toplanıb və layihələr tərəfdaşlarla birgə işlənməsi üçün müəyyən hazırlıq mərhələsinə çatdırılıb: “SOCAR həm ənənəvi, həm də qeyri-ənənəvi neft-qaz ehtiyatlarının araşdırılmasını nəzərdə tutur”.
Seçilən
25
yenicag.az

1Mənbələr