AZ

“Qəbələ” daha iki futbolçu ilə vidalaşdı – RƏSMİ

“Qəbələ” daha iki futbolçu ilə yollarını ayırıb.

Msport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. İcarə müqaviləsi başa çatan qapıçı Rza Cəfərov “Neftçi”yə, Sambu Sissoko isə Fransanın “Valensiyen” klubuna geri dönüb.

Hər iki futbolçu qışda icarə əsasında “Qəbələ”yə keçmişdi. 22 yaşlı Cəfərov “qırmızı-qara” formada 9 oyun keçirib.

Fransalı Sissoko isə 8 oyunda meydana çıxıb.

Seçilən
54
msport.az

1Mənbələr