AZ

“İpoteka şərtləri və bank kreditləri arzuolunmaz səviyyədədir” FAZİL MUSTAFA

ain.az bildirir, Gununsesi saytına əsaslanaraq.

“Bu gün orta əməkhaqqı alan gənclərin ipoteka yolu ilə mənzil sahibi olması olduqca çətinləşib. Ümumiyyətlə, hazırkı şəraitdə ipoteka ilə ev almaq asan deyil”.

Gununsesi.info bildirir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa deyib:

“İpoteka şərtləri və bank kreditləri arzuolunmaz səviyyədədir. Bu məsələyə mütləq diqqət yetirilməli və çıxış yolu tapılmalıdır. Çünki mənzil probleminin həll olunmaması gələcəkdə demoqrafik vəziyyətə də mənfi təsir göstərə bilər.

Hazırda narahatlıq üçün ciddi əsaslar olmasa da, müəyyən problemlərin yarandığı görünür. İnsanlar yüksək faizlərlə kredit götürür, sonradan isə bunun ağır yükünü daşımalı olurlar. Ətrafımızda da belə hallarla üzləşən insanlar az deyil.

Ona görə də kredit faizlərinin azaldılması vacibdir. Necə ki, bəzi kateqoriyalar üçün ipoteka faizləri 4 faizə endirilib, bu imkan gənclərə də şamil olunmalıdır.

Gənclərin mənzil sahibi olması üçün daha əlverişli şərait yaradılmalıdır”.

Şəbnəm

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
37
icma.az

1Mənbələr