AZ

Baş direktor: Enerji səmərəliliyi Azərbaycanın əsas strateji hədəflərindən birinə çevrilib

Bu gün enerji səmərəliliyi Azərbaycanın əsas strateji hədəflərindən birinə çevrilib.

"APA-Economics" xəbər verir ki, bu barədə 31-ci Bakı Enerji Həftəsi çərçivəsində təşkil olunan Enerji səmərəliliyi və ESCO investisiya platforması: Qlobal ESCO təcrübəsinin Azərbaycanın iri enerji istehlakçıları ilə əlaqələndirilməsi ila bağlı tədbirdə çıxış edərkən "SOCAR Green" şirkətinin baş direktoru Elmir Musayev bildirib.

Onun sözlərinə görə, Azərbaycan enerji səmərəliliyinin artırılması üçün böyük imkanlara malikdir.

Elmir Musayev əlavə edib ki, qeyd olunana imkanlar yaşayış binalarında, sənaye müəssisələrində, kommersiya obyektlərində və digər sahələrdə mövcuddur.

"Ümid edirik ki, Azərbaycanda uğurlu layihələr həyata keçirdikdən sonra əldə etdiyimiz təcrübəni oxşar problemlərlə üzləşən digər ölkələrdə də tətbiq edə biləcəyik, xüsusilə də Mərkəzi Asiya regionunda", - baş direktor qeyd edib.

Seçilən
26
1
apa.az

2Mənbələr