Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Pakistanın Baş naziri Şahbaz Şərif bildirib ki, beynəlxalq ictimaiyyət Yaxın Şərqdə davamlı sülhün bərqərar olması üçün birgə çalışmalıdır.
Məlumatı “Anadolu” yayıb.
Pakistan Baş Naziri Ofisinin X (ABŞ) sosial media hesabında dərc olunmuş açıqlamaya görə, Şərif İslamabadda Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas ilə görüş keçirib. Danışıqlar zamanı Şərif Pakistanın ticarət, iqlim dəyişikliyi, təhlükəsizlik və miqrasiya kimi sahələrdə Avropa İttifaqı ilə əməkdaşlığı gücləndirmək istəyini vurğulayıb.
O, həmçinin Pakistanın Yaxın Şərqdə sülhə nail olmaq səylərini dəstəklədiyinə görə Aİ rəhbərliyinə minnətdarlığını bildirib və Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar və ordunun qərargah rəisi Asim Munirin bu proseslərdə mühüm rol oynadığını qeyd edib.
Şərif vurğulayıb ki, regionda davamlı sülhün təmin edilməsi üçün Avropa İttifaqı da daxil olmaqla beynəlxalq ictimaiyyətin birgə səylərinə ehtiyac var.
P.ƏMİRCANOV
XQ