AZ

Fransa XİN başçısı: “İsrailin Livanı işğal etməsi haqlı...”

ain.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Heç nə hərbi əməliyyatların davam etməsini və İsrailin Livanı uzun müddət işğal etməsini haqlı çıxara bilməz”.

Bakıvaxtı.az “LeFigaro.fr”ə istinadən xəbər verir ki, bu barədə Fransa xarici işlər naziri Jan-Noel Barrot bildirib. O qeyd edib ki, İran və ABŞ arasında bağlanması çətin olan bir razılaşma üçün Livanın hər hansı bir şəkildə “günah keçisi” olması mümkün deyil:

“İsrail ordusu  18 illik işğaldan sonra geri çəkildiyi 2000-ci ildən bəri Livana  ən dərin hərbi müdaxiləsini həyata keçirir. İstədiyimiz odur ki, bu həftə İsrail və Livan hökumətləri arasında planlaşdırılan müzakirələr mümkün olan ən yaxşı şərtlər altında baş tutsun”.

Qeyd edək ki, Livan və İsrail səfirləri arasında danışıqların yeni mərhələsinin çərşənbə axşamı Vaşinqtonda keçirilməsi planlaşdırılır.

Aydın

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
15
1
bakivaxti.az

2Mənbələr