AZ

"Fənərbağça" Levandovski üçün HƏRƏKƏTƏ KEÇDİ - 2 il üçün MİLYONLAR

"Fənərbağça"da prezidentliyə namizəd Hakan Safi, "Barselona"dan ayrılan polşalı hücumçu Robert Levandovskiyə illik 10 milyon avro maaş və 2 illik müqavilə təklifi edib.

Far.Az xəbər verir ki, tanınmış jurnalist Fabrizio Romanonun məlumatına görə, Safi təcrübəli futbolçu ilə rəsmi təmas quraraq yüksək məbləğli təklif irəli sürüb.

Məlumata görə, Levandovskinin həyat yoldaşı Anna Levandovskanın sosial şəbəkədə "Türkiyə olacaq" cavabı da azarkeşlər arasında böyük maraq doğurub və transfer iddialarını gücləndirib.

37 yaşlı hücumçu ötən mövsüm "Barselona" forması ilə 46 oyuna çıxaraq 19 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
5
14
far.az

10Mənbələr