"Bakı şəhərində keçirilən Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, Azərbaycan uzun illərdir etibarlı enerji tərəfdaşı kimi beynəlxalq aləmdə öz mövqeyini möhkəmləndirib. Xüsusilə son onilliklərdə həyata keçirilmiş iri neft-qaz layihələri ölkənin enerji sektorunun inkişafına güclü təkan verməklə yanaşı, Avropa və digər regionların enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayıb. Prezident vurğuladı ki, Azərbaycan tərəfindən təşəbbüs göstərilən və uğurla reallaşdırılan layihələr beynəlxalq əməkdaşlığın uğurlu nümunəsidir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Anar Məmmədov deyib: "Prezident İlham Əliyev Azərbaycanın enerji resurslarının səmərəli idarə olunmasının ölkənin iqtisadi inkişafına ciddi təsir göstərdiyini diqqətə çatdırdı. O, bildirdi ki, əldə olunan gəlirlər yalnız enerji sektorunun inkişafına deyil, eyni zamanda sosial layihələrin icrasına, infrastrukturun yenilənməsinə və əhalinin rifahının yaxşılaşdırılmasına yönəldilib. Bu siyasət Azərbaycanın dayanıqlı inkişaf modelinin formalaşmasında mühüm rol oynayıb.Çıxışda bərpaolunan enerji mənbələrinin inkişafına xüsusi yer ayrıldı. Prezident qeyd etdi ki, qlobal iqlim dəyişiklikləri fonunda alternativ enerji mənbələrinin rolu getdikcə artır və Azərbaycan da bu istiqamətdə fəal siyasət yürüdür. Günəş və külək enerjisi sahəsində mövcud potensialın reallaşdırılması üçün konkret layihələrin icra olunduğunu bildirən dövlət başçısı, ölkənin yaxın illərdə yaşıl enerji istehsalında mühüm regional mərkəzə çevriləcəyini vurğuladı.
Bununla yanaşı, Prezident İlham Əliyev enerji keçidinin mərhələli və balanslı şəkildə həyata keçirilməsinin vacibliyini qeyd etdi. O bildirdi ki, ənənəvi enerji resursları hələ uzun müddət qlobal enerji balansında mühüm yer tutacaq və bu baxımdan Azərbaycan öz mövcud resurslarından səmərəli istifadə etməklə yanaşı, yeni enerji mənbələrinə keçidi paralel şəkildə həyata keçirir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik.
055 634 88 31