AZ

Deniz Undav “Ştutqart”la yeni müqaviləyə imza atdı – ARENA.AZ

“Ştutqart”ın 29 yaşlı yezidi-kürdəsilli almaniyalı mərkəz hücumçusu Deniz Undav Bundesliqa klubu ilə yeni müqaviləyə imza atıb.

Arena.az bu barədə Almaniya klubunun mətbuat xidmətinə istinadən məlimat verir.

Yeni müqaviləyə əsasən, Undav 2029-cu ilin yayına qədər “Ştutqart”ın xidmətində olacaq. Bildirilir ki, müqavilə daha bir il müddətinə uzadılması ilə bağlı maddəni ehtiva edir.

Xatırladaq ki, Deniz Undav “Verder”in yetirməsidir. O, “Meppen”, “Havelse”, “Yunion”, “Brayton”, “Ayntraxt” (Braunşveyq) kimi klubların da formasını geyinib. Hücumçu 2024-cü ilin avqustundan formasını geyindiyi “Ştutqart”ın heyətində 117 oyuna çıxıb, 57 qol və 30 məhsuldar ötürmə ilə yadda qalıb.

Undav 2024-cü ilin mart ayında Almaniya millisində debüt edib. O, yığmanın heyətində 8 oyuna çıxıb, 6 qol və 2 assist müəllifi olub.

“Transfermarkt” internet-portalı 29 yaşlı hücumçunun transfer dəyərini 22 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin:
Seçilən
37
7
arena.az

9Mənbələr