AZ

"Sabah"ın futbolçusu dünya çempionatı heyətinə daxil edilmədi

style='margin-bottom:10px;'>

Özbəkistan Futbol Assosiasiyası 2026-cı il dünya çempionatı üçün millinin yekun heyətini açıqlayıb.

QOL.az xəbər verir ki, baş məşqçi Fabi Kannavaronun 26 nəfərlik siyahısında "Sabah"ın yarımmüdafiəçisi Umarali Rahmonaliyevin adı yoxdur.

"Sabah"la Azərbaycan çempionu və kubokunun qalibi olan  22 yaşlı yarımmüdafiəçi başa çatan mövsümdə bütün turnirlərdə 36 oyunda meydana çıxıb, 6 qol vurub və 2 qolun ötürməsini edib.

Qeyd edək ki, Özbəkistan millisi dünya çempionatının qrup mərhələsində Portuqaliya, Konqo Demokratik Respublikası və Kolumbiya ilə qarşılaşacaq.

Seçilən
51
2
teleqraf.com

3Mənbələr