AZ

Kardaşyan və Hemiltondan romantik anlar: Velosiped gəzintisi gündəm oldu

Məşhur porno ulduz Kim Kardaşyan "Formula 1" pilotu Luis Hemiltonla yeni görüşündən kadrlar paylaşıb.

Publika.az xəbər verir ki, Kardaşyan sosial şəbəkədə paylaşdığı fotolarda velosiped gəzintisinə çıxdıqlarını nümayiş etdirib. Görüntülər qısa zamanda böyük marağa səbəb olub.

Ulduz “Instagram” hesabında paylaşım edərək şəxsi həyatına dair yeni anları izləyiciləri ilə bölüşüb.

Fotolarda Kim Kardaşyan tünd göy rəngli gödəkçə, şalvar, idman ayaqqabısı və gün eynəyi ilə görüntülənib. O, saçlarını hörük formasında yığıb və təbii tonlarda makiyaj edib.

Luis Hemilton isə ağ rəngli torlu futbolka, "kepka" və gün eynəyi ilə seçilib. Cütlük şəhər gəzintisi zamanı velosiped sürərkən obyektivlərə tuş gəlib.

Seçilən
21
publika.az

1Mənbələr