bp şirkəti Azəri-Çıraq-Günəşli yatağında sərbəst təbii qazının hasilatı layihəsi çərçivəsində müəyyən olunan əlavə neft halqasınnın öyrənilməsi üçün quyu qazır.
"APA-Economics" xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli deyib.
Onun sözlərinə görə, qazılan quyu aşkar olunan neft halqası barədə, həcmləri və imkanları haqqında məlumat toplamağa imkan verəcək.
Cio Kristofoli onu da qeyd edib ki, qazılan quyu həmin halqadan neftin hasilatı üçün imkan yaradacaq.
Regional prezident əlavə edib ki, qeyd olunan quyudan hasilata bu ilin sentyabrında başlamaq planlaşdırılır.