AZ

23 yaşlı qız binadan yıxıldı, vəziyyəti ağırdır

Bakıda gənc qız yıxılaraq ağır xəsarətlər alıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə iyunun 1-i saat 09 radələrində Nəsimi rayonu Hüseyn Seyidzadə küçəsində baş verib.

2003-cü il təvəllüdlü Aqilə Həsənova yaşadığı üçüncü mərtəbədəki mənzilin pəncərəsindən yıxılıb.

Xəstəxanaya yerləşdirilmiş A.Həsənovanın vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
50
7
bakivaxti.az

8Mənbələr