AZ

Ayxan Abbasov media nümayəndələri ilə görüşəcək

Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan millisiniın iyunun 5-də Malta yığmasına qarşı keçirəcəyi yoldaşlıq görüşü öncəsi təşkil olunacaq mətbuat konfransının və açıq məşqinin vaxtı müəyyənləşib. 

Fanat.Az xəbər verir ki, baş məşqçi Ayxan Abbasov iyunun 4-də mətbuat nümayəndələri ilə görüşəcək. 

O, Bakı vaxtı ilə saat 19:30-dan etibarən KİV-in suallarını cavablandıracaq. Bir saat sonra isə millinin ilk 15 dəqiqəsi mətbuat üçün açıq məşqi baş tutacaq. 

Malta ilə oyun 5 iyunda Macarıstanın Szombathely şəhərində, "Haladaş" klubunun stadionunda təşkil olunacaq və saat 22:00-da keçiriləcək. 

Seçilən
11
fanat.az

1Mənbələr