AZ

AAYDA Yeni Günəşlinin yollarına yamaq vurub getdi – Foto

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Yeni Günəşlinin yollarına yamaq vurub.

Tribuna.az-a bu barədə məlumat verən sakinlər bildiriblər ki, son günlər yağan yağışlar nəticəsində Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yollar daha da bərbad vəziyyətə düşüb.
Sakinlərin davamlı müraciətlərindən sonra AAYDA tərəfindən əraziyə təmir briqadası göndərilib.
Sakinlərin sözlərinə görə, briqada yararsız vəziyyətdə olan yolu əsaslı şəkildə təmir etmək əvəzinə, yağışdan sonra yaranan çuxurların bir hissəsini dolduraraq üzərinə asfalt örtüyü vurmaqla kifayətlənib.
Onlar bildirirlər ki, avtobusların, minik avtomobillərinin və piyadaların intensiv istifadə etdiyi yolda bəzi çuxurlar doldurulsa da, digərləri əvvəlki vəziyyətdə qalıb. Bu isə ərazidə hərəkəti çətinləşdirməyə davam edir.
Sakinlər hesab edirlər ki, yolun əsaslı təmirə ehtiyacı olduğu halda, aparılan işlər problemin köklü həllinə deyil, müvəqqəti aradan qaldırılmasına hesablanıb.
AAYDA-nın bərbad vəziyyətdə olan yolda apardığı bu təmir işləri yerli sakinlərin narazılığına səbəb olub.
Qarşı tərəfi dinləməyə hazırıq.
Gülşən Rəsul

Seçilən
14
yenilik.az

1Mənbələr