AZ

Ukrayna ordusunda HHM raketlərinin çatışmazlığı yaşanır

Ukrayna hava hücumundan müdafiə sistemləri üçün raket çatışmazlığı yaranıb və bu hal davam edəcək.

Herbiand.az bildirir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri komandanlığının sözçüsü Yuri İqnat “Novosti.live” nəşrinə verdiyi şərhdə deyib.

O, deyib ki, raket çatışmazlığı olub, var və olacaq: “Onlar qlobal miqyasda çox istehsal olunmur, istehsal sahələri də çox deyil. Buna görə də tərəfdaşlarla ünsiyyət həmişə, hətta açıq şəkildə aparılır. Hətta hərbçilərimiz də bu raket təchizatı prosesinə təsir göstərmək üçün əllərindən gələni edirlər”.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
22
herbiand.az

1Mənbələr