Təhsil müəssisələri üçün mebel, idman inventarlarının və digər malların alınmasına 16 861 388 AZN xərclənəcək.
Pravda.az-ın xəbərinə görə, sifarişçi Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi, icraçı isə “Vest-LTD” QSC-dir.
Nazirlik və QSC arasında müqavilə bağlanıb. İcraçı qurumun rəhbəri Şahin Əlimərdan oğlu Verdəliyevdir.
Cabir
Tarix: 2 İyun 2026, 14:59