AZ

Yerə yaxınlaşan meteoridin partlayışı - Dəhşətli anlar yaşandı - Video

ABŞ-nin şimal-şərqində Yer kürəsinə doğru hərəkət edən meteorid partlayıb. İkiqat partlayış o qədər güclü olub ki, bu, zəlzələ effekti yaradıb. Belə ki, partlayış havada olsa da  binalar silkələnib və ictimaiyyət arasında  ciddi panikaya və qorxuya səbəb olub.

Ölkə.az xəbər verir ki, bu barədə məlumat verən NASA-nın  xəbərlər üzrə direktor müavini Cennifer Doorenin sözlərinə görə,  alov topu Massaçusetsin şimal-şərqi və Nyu-Hempşirin cənub-şərqi üzərində partlayıb.

Dooren bildirib ki, bu od topu hazırda heç bir aktiv meteor yağışı ilə əlaqəli deyil. “Bu, tamamilə təbii bir obyektdir. Kosmik zibil və ya peykin atmosferə daxil olmasından söhbət gedə bilməz. Parçalanma zamanı yayılan enerjinin təxminən 300 ton TNT-yə bərabər olduğu təxmin edilir ki, bu da yüksək partlayış səsləri yardır", - o vurğualyıb. 

Meteoridin atmosferdə parçalanma anı NOAA tərəfindən idarə olunan meteoroloji peyklər tərəfindən də qeydə alınıb.

Paylaşılan görüntülərdə meteoritin atmosferdə partladığı və parlaq bir işıq yaratdığı görünür.
Mütəxəssislər bildirirlər ki, hər gün bir çox kiçik səma cisimləri Yer atmosferinə daxil olsa da, bu böyüklükdə və bu qədər geniş ərazidə hiss edilən partlayışlar daha nadir hallarda baş verir.
NASA sözçüsü  Dooren meteoridin atmosferə daxil olarkən saatda 120.000 kilometrdən çox sürətlə hərəkət etdiyini və partlayışın təxminən 64 kilometr yüksəklikdə baş verdiyini bildirib.
Bildirilib ki, sakinlər qəfil və yüksək səslərdən panikaya düşüblər, sosial media istifadəçiləri isə partlayışın evləri silkələyəcək qədər güclü olduğunu bildiriblər. Bu hadisə 2013-cü ildə Rusiyanın Çelyabinsk şəhərində partlayan meteoriti xatırladıb.

Rusiyada baş verən partlayış nəticəsində 518 kvadrat kilometr ərazidə pəncərələr sınmış, əsasən şüşə sınmasından 1600-dən çox insan xəsarət almışdı.

Mürtəza

Seçilən
25
1
olke.az

2Mənbələr