AZ

Türkmənistan gömrük sistemində süni intellekt tətbiq edib

Yazını böyüt
Yazını kiçilt

Türkmənistan Dövlət Gömrük Xidməti ixrac-idxal əməliyyatları üçün "Vahid Pəncərə" elektron sistemində süni intellekt (Sİ) texnologiyalarını tətbiq edib.

Hafta.az yazır ki, bu barədə ölkənin beynəlxalq informasiya mərkəzi məlumat yayıb.

Layihə, rəqəmsallaşdırma və "ağıllı" gömrük konsepsiyasının yaradılması təşəbbüslərinin bir hissəsi olaraq Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf Konfransı (UNCTAD) ilə birgə həyata keçirilib.

İyunun 1-də istifadəyə verilən yeni funksiya əsas gömrük administrasiyası proseslərini avtomatlaşdırmaq üçün nəzərdə tutulub. Sİ-nin tətbiqinin yüklərin təsnifatını əhəmiyyətli dərəcədə sadələşdirəcəyi, gömrük rəsmiləşdirilməsi müddətini azaldacağı və ödəniş hesablamalarının və xarici ticarət statistikasının dəqiqliyini artıracağı gözlənilir.

Seçilən
51
hafta.az

1Mənbələr