AZ

Rusiyanın Kiyevə və Dneprə endirdiyi zərbələr nəticəsində 18 nəfər ölüb - YENİLƏNİB-2

Rusiya Silahlı Qüvvələrinin Kiyevə və Dneprə endirdiyi gecə zərbələri nəticəsində həlak olanların sayı 18-ə çatıb.

"Far.Az" Ukrayna mediasına istinadən xəbər verir.

Paytaxt meri Vitali Kliçkonun son məlumatına görə, Kiyevdə Rusiya xüsusi xidmət orqanlarının genişmiqyaslı gecə hücumu nəticəsində 6 nəfər ölüb.

"Hücum nəticəsində Kiyevdə 66 nəfər xəsarət alıb, 6 nəfər həlak olub", - V.Kliçko "Telegram" səhifəsində yazıb.

Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Qanja bildirib ki, Rusiyanın zərbəsi nəticəsində həlak olanların sayı 12-yə çatıb: "Dneprə hücum nəticəsində həlak olanların sayı 12-yə çatıb".

Rusiya Silahlı Qüvvələrinin Kiyevə endirdiyi gecə zərbələri nəticəsində ölənlərin sayı 4-ə çatıb, 63 nəfər isə xəsarət alıb.

"Far.Az" xəbər verir ki, bu barədə Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko teleqram kanalında bildirib.

"Yaralılar arasında 3 uşaq var. Təəssüf ki, 4 nəfər həlak olub", - o yazıb.

Daha əvvəl ötən gecə Rusiyanın Ukraynanın Dnepropetrovsk vilayətinə endirdiyi zərbələr nəticəsində 6 nəfərin öldüyü və 36 nəfərin xəsarət aldığı barədə məlumat verilmişdi.

Rusiyanın Kiyev və Dneprə (Ukrayna) endirdiyi zərbələr nəticəsində 9 nəfər həlak olub, daha 71 nəfər yaralanıb.

"Far.Az" Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.

Kiyev şəhər hərbi administrasiyasının məlumatına görə, iyunun 2-də Kiyevə edilən hücum nəticəsində 3 nəfər həlak olub, daha 35 nəfər, o cümlədən 3 uşaq xəsarət alıb.

Öz növbəsində, Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Qanja Rusiyanın Dneprə endirdiyi zərbələr nəticəsində 6 nəfərin həlak olduğunu, daha 36 nəfərin yaralandığını bildirib.

Seçilən
19
2
far.az

4Mənbələr