AZ

Beş gün qaldı… - İrəvanda qanlı toqquşmalar olacaqmı?

Əslən Qərbi Azərbaycandan olan sabiq deputat Etibar Əliyev doğulduğu və uşaqlıq, yeniyetməlik dövrünü yaşadığı Ermənistanda 7 iyun parlament seçkilərindən sonra vətəndaş müharibəsi həddində qarşıdurmanın olub-olmayacağı barədə fikirlərini bölüşüb. Musavat.com-un xəbərinə görə, sabiq deputat bildirib ki, Ermənistanda proses Paşinyana qarşı olan qüvvələrin əleyhinə inkişaf edir:

“Qərbi Azərbaycanda orta məktəbi bitirdiyimdən bizə erməni dili dərsi də keçirdilər. Bu dili pis öyrənməmişəm və Ermənistanda namizədlərin seçki marafonunu xeyli müddətdir ki, izləyirəm. Gəldiyim qənaət budur ki, bu ölkədə insanları vətəndaş müharibəsinə sürükləyən impuls yoxdur. Çünki müharibə tərəfdarı ekstremist ünsürlərin bir qismi ölüb, yerdə qalanlar isə susqunluq nümayiş etdirirlər. Robert Köçəryanın seçicilərlə görüşlərində onun pessimist durumda olması açıq-aşkar hiss olunur, əhali onu dəstəkləmir. Erməni xalıqı qısa zaman kəsiyində sülhü dəstəkləmək zorunda qalıb və adaptasiya hiss olunur. Köçəryanın təhtəlşüurundan vaxtilə hiyləgərcəsinə istifadə etdiyi Qarabağ faktoru silinməyib. Hegelin məşhur sözü ilə ifadə etsəm, onun şüuru bədbəxtçilikdən xilas olmayıb. Və bu seçki onu tarixin zibilliyinə atacaq”.

Etibar

E.Əliyev hesab edir ki, Rusiyanın Ermənistanda qarşıdurma yaratmaq ehtimalı da çox aşağıdır: “Bu tendensiyada səbəb -nəticə əlaqələri açıq-aşkar hiss olunur. “Z” nəslinin siyasi proseslərə marağı demək olar ki, yoxdur. Onlar üçün "müharibə" tamamilə yad anlayışdır. Orta və yaşlı nəsil isə sələflərindən ibratəmiz dərslər alıblar. Köçəryanın sosial şəbəkələrdə və televiziyalarda izləyiciləri Paşinyandan 50-100 dəfə azdır”.

E.Əliyev qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyanın sülhün əldə olunması istiqamətində apardıqları uğurlu danışıqlar və nüfuzlu beynəlxalq təşkilatların mükafatlarına birgə layiq görülmələri regionda yüksək səviyyədə qarşılıqlı anlaşmanın əldə olunmasına sübutdur: “Eyni zamanda, dünyanın aparıcı dövlətlərinin bu prosesə dəstəyi açıq- aşkar hiss olunur. Bu amil Paşinyana seçkidə beynəlxalq dəstəyin də təmin olunmasında rol oynayan amillərdəndir”.

Etibar Seyidağa,
Musavat.com

Seçilən
7
musavat.com

1Mənbələr